Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Aşıqalılar kəndi Əhmədli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşıqalılar kənd inzibati ərazi vahidi yaradılsın.
Əhmədli kənd inzibati ərazi dairəsi Əhmədli kənd inzibati ərazi vahidi hesab edilsin.
Bahar qəsəbəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Bahar qəsəbə inzibati ərazi vahidi yaradılsın.
Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi vahidi hesab edilsin.
Orta Əlinəzərli kəndi Əlinəzərli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Orta Əlinəzərli kənd inzibati ərazi vahidi yaradılsın.
Əlinəzərli kənd inzibati ərazi dairəsi Əlinəzərli kənd inzibati ərazi vahidi hesab edilsin.
Şəfəq qəsəbəsi Beyləqan şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Şəfəq qəsəbə inzibati ərazi vahidi yaradılsın.
Beyləqan şəhər inzibati ərazi dairəsi Beyləqan şəhər inzibati ərazi vahidi hesab edilsin.
Yeni Mil qəsəbəsi Milabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Yeni Mil qəsəbə inzibati ərazi vahidi yaradılsın.
Milabad qəsəbə inzibati ərazi dairəsi Milabad qəsəbə inzibati ərazi vahidi hesab edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2007-ci il
No– 345-IIIQ
Fayl şəklində yüklə

