"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

I. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 1, maddə 1, No– 3, maddə 131; 2002-ci il, No– 12, maddə 693;  2003-cü il, No– 1,  maddə 16;  2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597,  No– 11, maddə 884; 2005-ci il, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006-cı il, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 12, maddə 1014;   2007-ci il, No– 2, maddə 83) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 8.1.1-ci maddədə “ali dövlət hakimiyyəti orqanları” sözlərindən sonra “və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları” sözləri, “Məhkəmə-Hüquq Şurasının Aparatı” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı” sözləri əlavə edilsin.
2. 8.1.3-cü maddədən “və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları” sözləri və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanının) Aparatı,” sözləri çıxarılsın.
3. 8.1.6-cı maddədə “dövlət xidmətləri” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri” sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən quvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2007-ci il
No– 356-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU