Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, II kitab, maddə 251, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003-cü il, No– 6, maddələr 276, 279, No– 8, maddə 425, No– 12, I kitab, maddə 676; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005-ci il, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006-cı il, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, No– 2, maddə 68) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. aşağıdakı redaksiyada 192.2.1-ci maddə əlavə edilsin, 192.2.1-ci və 192.2.2-ci maddələr müvafiq olaraq 192.2.2-ci və 192.2.3-cü maddələr hesab edilsin:
“192.2.1. külli miqdarda ziyan vurduqda;”;
2. 204-cü maddənin adında “hazırlama” sözündən sonra “, əldə etmə” sözləri əlavə edilsin;
3. 204.1-ci maddədə “habelə” sözündən sonra “əldə etmə və ya” sözləri əlavə edilsin;
4. 204.2-ci maddədə “və satmağa” sözləri “, əldə etmə və ya satmağa” sözləri ilə əvəz edilsin;
5. 205-ci maddənin adında “hazırlama” sözündən sonra “, əldə etmə” sözləri əlavə edilsin;
6. 205.1-ci maddədə “hazırlama” sözündən sonra “, habelə əldə etmə” sözləri əlavə edilsin;
7. aşağıdakı məzmunda 205-1-ci maddə əlavə edilsin:
“Maddə 205-1. Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma
Saxta aksiz markalarını satış məqsədilə hazırlama, habelə əldə etmə və ya satma-
şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
8. 213-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 213. Vergi ödəməkdən yayınma
213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə “xeyli miqdar” dedikdə, şərti maliyyə vahidi məbləğinin iki min mislindən əlli min mislinədək olan məbləğ, “külli miqdar” dedikdə isə şərti maliyyə vahidi məbləğinin əlli min mislindən yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.”;
9. 213-1.1-ci maddənin sanksiyasında “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək” sözləri “iki ilədək” sözləri ilə əvəz edilsin;
10. 213-1.2-ci maddənin sanksiyasında “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək” sözləri “beş ilədək” sözləri ilə əvəz edilsin;
11. 213-1-ci maddənin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
“Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən iki min mislinədək olan məbləğ, “külli miqdar” dedikdə isə şərti maliyyə vahidi məbləğinin iki min mislindən yuxarı olan məbləğ başa düşülür.”.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No– 7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No–4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No–6, maddə 326, No– 8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762; 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No– 2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No– 6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68; Azərbaycan Respublikasının 2007-ci il 1 may tarixli 322-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 222.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.”;
2. 222.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək miqdarda cərimə edilir.”;
3. 246-cı maddə üzrə:
1) sanksiya aşağıdakı redaksiyada verilsin:
“inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.”;
2) aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu maddədə «az miqdar» dedikdə, şərti maliyyə vahidi məbləğinin iki min mislinədək olan məbləğ başa düşülür.”.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2007-ci il
No– 357-IIIQD
Fayl şəklində yüklə

