Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin 24-cü və 25-ci maddələrində edilmiş dəyişikliklərin təsdiq edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin 24-cü və 25-ci maddələrində edilmiş dəyişikliklərin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi  q ə r a r a   a l ı r :

I. Ümumdünya Səhiyyə Təşkilatının 1946-cı il iyulun 22-də Nyu-York şəhərində imzalanmış Nizamnaməsinin 24-cü və 25-ci maddələrində 1998-ci il mayın 16-da Ümumdünya Səhiyyə Assambleyası tərəfindən edilmiş dəyişikliklər təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2007-ci il
No– 362-IIIQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU