"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Rabitə haqqında"
“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 2, maddə 82; 2001-ci il, No– 12, maddə 736; 2002-ci il, No– 3, maddə 116, No– 5, maddə 245; 2004-cü il, No– 2, maddələr 57, 58; 2005-ci il, No– 4, maddə 278) 5-ci maddəsinin birinci hissəsindən “Rabitə haqqında,” sözləri çıxarılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2007-ci il
No– 375-IIIQD
Fayl şəklində yüklə

