Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 131-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Hüseynov Azər Soltanhəmid oğlu,
Mahmudov Tapdıq Şükür oğlu,
Rəsulbəyova Nigar İmran qızı,
Yusifov Şahin Yaşar oğlu.

II. Bu qərarın I hissəsində göstərilən hakimlərin səlahiyyət müddəti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 7-ci və 8-ci bəndlərinə uyğun müəyyən edilir.

III. Bu qərar 2007-ci il  iyulun 16-dan qüvvəyə minir.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov

Bakı şəhəri, 16 iyun 2007-ci il
No– 376-IIIQR


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU