Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 132-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Aşağıdakı şəxslər Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Əliyev Fikrət Hüseyn oğlu,
Həsənov Qədir Məhərrəm oğlu,
Məhərrəmli Rəşid Ağamirzə oğlu,
Məmmədov Çingiz Böyükxan oğlu,
Məmmədov Rafiq Uğuz oğlu,
Muradov Ceyhun Məcid oğlu,
Rüstəmov Əsədulla İbadulla oğlu.
II. Bu qərarın I hissəsində göstərilən hakimlərin səlahiyyət müddəti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 7-ci və 8-ci bəndlərinə uyğun müəyyən edilir.
III. Bu qərar 2007-ci il iyulun 16-dan qüvvəyə minir.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri, 16 iyun 2007-ci il
No– 378-IIIQR
Fayl şəklində yüklə