Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 132-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Aşağıdakı şəxslər Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Babayev Qədim Xalid oğlu,
Burcayev Ramazan Hacı oğlu,
Kərimov Qəzənfər Babaxan oğlu,
Quliyev İnşallah Fərrux oğlu,
Məmmədov Namiq Eyyub oğlu,
Rəhimov Elman Gülbaba oğlu,
Rəhimov Kamil İsmayıl oğlu.
II. Bu qərarın I hissəsində göstərilən hakimlərin səlahiyyət müddəti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 7-ci və 8-ci bəndlərinə uyğun müəyyən edilir.
III. Bu qərar 2007-ci il iyulun 16-dan qüvvəyə minir.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri, 16 iyun 2007-ci il
No– 381-IIIQR
Fayl şəklində yüklə