Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 4 (II kitab), maddə 251, N 5, maddə 323; 2001-ci il, N 1, maddə 24, N 7, maddə 455; 2002-ci il, N 1, maddə 9, N 5, maddələr 236, 248, 258, N 6, maddə 326, N 8, maddə 465; 2003-cü il, N 6, maddələr 276, 279, N 8, maddələr 424, 425, N 12 (I kitab), maddə 676; 2004-cü il, N 1, maddə 10, N 4, maddə 200, N 5, maddə 321; Azərbaycan Respublikasının 2004-cü il 11 iyun tarixli 688-IIQD nömrəli, 2004-cü il 7 sentyabr tarixli, 732-IIQD nömrəli, 2004-cü il 26 oktyabr tarixli, 781-IIQD nömrəli Qanunları) 259-cu maddəsində "beş yüz mislindən min mislinədək" sözləri "doqquz yüz mislindən min dörd yüz mislinədək" sözləri ilə, "bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə" sözləri "iki ilədək müddətə islah işləri və ya bir il altı ayadək müddətə azadlıqdan məhrum etmə" sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2004-cü il
N 801-IIQD

