"Kitabxana işi haqqında" və "Muzeylər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 3, maddə 158; 2002-ci il, No– 5, maddə 245; 2003-cü il, No– 12, I kitab, maddə 674) aşağıdakı dəyişikliklər edilsin:

1. 27-ci maddənin birinci hissəsinin birinci cümləsində “dövlət büdcəsindən  maliyyələşdirilir və qanunvericiliklə qadağan olunmayan digər xidmətlərdən  əldə edilən gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür” sözləri “dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir” sözləri ilə əvəz edilsin.

2. 28-ci maddənin birinci hissəsində “əldə edilən büdcədənkənar vəsaitlər dövlət büdcəsinə köçürülür” sözləri “büdcədənkənar fondlar formalaşdırıla bilər” sözləri ilə əvəz edilsin.

3. 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsindən “bütövlükdə” sözü və “(dövlət kitabxanaları istisna olmaqla)” sözləri çıxarılsın.

II. “Muzeylər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 6, maddə 396; 2001-ci il, No– 12, maddə 736; 2002-ci il, No– 12, maddə 706) 24-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin: 

“Dövlət muzeyləri dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.”.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2007-ci il
No– 390-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU