Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 583; 2001-ci il, No–7, maddə 454, No–9, maddə 576, No–12, maddə 734; 2002-ci il, No–5, maddə 249, No–12, maddə 707; 2003-cü il, No–8, maddə 425, No–12, I kitab, maddə 671; 2004-cü il, No–1, maddə 1, No–11, maddə 887, No–12, maddə 980; 2005-ci il, No–2, maddə 61, No–8, maddə 688, No–12, maddə 1081; 2006-cı il, No–12, maddələr 1005, 1026; 2007-ci il, No–1, maddə 4) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 72.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir.”;

2. 72.6-3-cü maddədə “tərəfindən” sözündən sonra “kağız daşıyıcı vasitəsi ilə verilən” sözləri əlavə edilsin;

3. aşağıdakı məzmunda 72.6.5-ci maddə əlavə edilsin:

“72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda.”;

4. 72.7-ci maddədə “72.6.4-cü” sözü “72.6.5-ci” sözü ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2007-ci il
No– 392-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU