"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 3, maddə 115; 2004-cü il, No– 9, maddə 665; 2006-cı il, No– 3, maddə 207, No– 11, maddə 909) 19.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2007-ci il
No– 431-IIIKQD
Fayl şəklində yüklə

