Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463,    No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12,   I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779,  No– 11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No– 2, maddələr 64, 68, No– 3, maddələr 219, 220, 223, 225, No– 5, maddə 385, No– 6, maddə 478,   No– 11, maddələr 923, 924, 932, No– 12, maddələr 1005, 1020, 1024; 2007-ci il,   No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68, No– 5, maddələr 397, 398, 401, 440, 450; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 313-IIIQD, 317-IIIQD, 320-IIIQD nömrəli, 31 may tarixli 357-IIIQD nömrəli və 16 iyun tarixli 391-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1.1. 398.1.1-ci maddədə “gəldikdə,” sözündən sonra “avaralıqla məşğul olduqda,” sözləri əlavə edilsin;
1.2. 399.2-ci maddədə “rejimi pozduğuna” sözlərindən sonra “, avaralıqla məşğul olduğuna” sözləri əlavə edilsin;

1.3. 399.3-cü maddədə “şəxsin inzibati qaydada tutulması 24 saatdan çox ola bilməz” sözləri “şəxs 24 saatadək müddətə inzibati qaydada tutula bilər” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 oktyabr 2007-ci il
No– 455-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU