Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgəsində qismən dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

 

 

Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Azərbaycan Respublikasının aşağıdakı rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilsin:

 

Ağcabədi rayonu üzrə:

 

Şahsevən kəndi Muğanlı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şahsevən kənd inzibati ərazi vahidi yaradılsın.

 

Goranboy rayonu üzrə:

 

Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ballıqaya kəndi Aşağı Ballıqaya kəndi adlandırılsın.

 

Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ballıqaya kəndi Yuxarı Ballıqaya kəndi adlandırılsın.

 

Balakürd kəndi Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Balakürd kənd inzibati ərazi vahidi yaradılsın.

 

Rəhimli kəndi Veyisli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Rəhimli kənd inzibati ərazi vahidi yaradılsın.

 

 

Şuşa rayonu üzrə:

 

Kirov kənd inzibati ərazi dairəsi tərkibindəki Kirov kəndi Kiçik Qaladərəsi kəndi adlandırılsın.

 

Ucar rayonu üzrə:

 

Xələc kəndi Lək kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılsın.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 dekabr 2004-cü il

N 803-IIQ

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU