"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 391-IIIQD nömrəli Qanununa əlavə edilməsi barədə
“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 391-IIIQD nömrəli Qanununa əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 391-IIIQD nömrəli Qanununun III bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalına görə inzibati və cinayət məsuliyyətini müəyyən edən müddəalar 2008-ci il martın 1-dən qüvvəyə minir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2007-ci il
No– 417-IIIQD
Fayl şəklində yüklə

