"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

I. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 11, maddə 387, No– 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 3, maddə 226; 2001-ci il, No– 11, maddə 683; 2002-ci il, No– 8, maddə 463; 2004-cü il, No– 2, maddə 57, No– 5, maddə 321, No– 8, maddə 598; 2005-ci il, No– 4, maddə 278,  No– 6, maddə 464; 2006-cı il, No– 3, maddə 225) 8-ci maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
“Siyasi partiyalara daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.”.

II. Azərbaycan Respublikasının Təhsil Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 24, maddə 1031; 1994-cü il, No– 16, maddə 216; 1995-ci il, No– 7, maddə 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 3, maddə 226, No– 4, maddələr 287, 294, No– 6, maddə 450; 1998-ci il, No– 1, maddə 16; 1999-cu il, No– 5, maddələr 285, 286; 2001-ci il, No– 3, maddə 138, No– 11, maddə 672, No– 12, maddələr 731, 736; 2003-cü il, No– 1, maddə 1; 2004-cü il, No– 4, maddə 202, No– 6, maddə 415) 3-cü maddəsinin 1-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Dövlət, mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.”.

III. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 3, maddə 226; No– 5, maddə 379; 2001-ci il, No– 11, maddələr 676, 683; 2004-cü il, No– 6, maddə 397; 2005-ci il, No– 1, maddə 5, No– 8, maddə 684; 2006-cı il, No– 11, maddə 922; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 316-IIIQD nömrəli Qanunu) 7-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Həmkarlar ittifaqlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.”.

IV. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 2, maddə 107; 1999-cu il, No– 5, maddə 284; 2000-ci il, No– 6, maddə 380, No– 12, maddələr 832, 834; 2003-cü il, No– 2, maddə 77; 2004-cü il, No– 5, maddə 314; 2006-cı il, No– 1, maddə 3, No– 5, maddə 1005) 21-1-ci maddəsinə aşağıdakı əlavələr edilsin:
1. Maddənin adında “illik məlumatı” sözlərindən sonra “, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı” sözləri əlavə edilsin.
2. Maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məlumat təqdim edir.”.

V. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 4, maddə 213; 2001-ci il, No– 3, maddə 143, No– 6, maddə 362, No– 11, maddələr 672, 679, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 2, No– 5, maddə 241, No– 6, maddə 328; 2003-cü il, No– 1, maddələr 9, 23; 2004-cü il, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 6, maddə 413, No– 7, maddə 505, No– 9, maddə 672, No– 12, maddə 981; 2005-ci il, No– 3, maddə 151, No– 4, maddə 278, No– 7, maddə 560, No– 10, maddə 874, No– 11, maddə 1001, No– 12, maddə 1094; 2006-cı il, No– 3, maddələr 220, 222, No– 5, maddə 385, No– 11, maddə 923, No– 12, maddələr 1004, 1025, 1030; Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli 260-IIIQD nömrəli və 17 aprel tarixli 316-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 12-ci maddənin birinci hissəsində:
1.1. “ə” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
1.2. hissəyə aşağıdakı məzmunda “f” və “g” bəndləri əlavə edilsin:
“f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq;
g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək.”.
2. 50-ci maddənin ikinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.”.
3. 66-cı maddənin altıncı abzasında “qadınlar” sözündən sonra “(uşağını təkbaşına böyüdən kişilər)” sözləri əlavə edilsin.
4. 69-cu maddənin üçüncü hissəsində “bağladıqda” sözündən sonra “, seksual qısnamaya məruz qaldıqda” sözləri əlavə edilsin.
5. 112-ci maddənin birinci hissəsinin “b” bəndində “qadınların” sözü “işçilərin” sözü ilə əvəz edilsin.
6. 195-ci maddənin “f” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda “g” bəndi əlavə edilsin:
“g) işçi seksual qısnamaya məruz qaldıqda.”.

VI. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, II kitab, maddə 251, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8; maddə 465; 2003-cü il, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005-ci il, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006-cı il, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, No– 2, maddə 68; Azərbaycan Respublikasının 2007-ci il 27 fevral tarixli 251-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 53.5-ci maddədə “uşağı olan qadınlara,” sözlərindən sonra “səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə,” sözləri əlavə edilsin.
2. 79-cu maddənin adında “qadınlar tərəfindən” sözləri “şəxslər tərəfindən” sözləri ilə əvəz edilsin.
3. 79.1-ci maddədə “məhkum edilmiş qadınlar” sözləri “məhkum edilmiş şəxslər” sözləri ilə əvəz edilsin, “uşağı olan qadınlar” sözlərindən sonra “, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər” sözləri əlavə edilsin.
4. 79.2-ci maddədə “qadınlar” sözü “şəxslər” sözü ilə əvəz edilsin.
5. 79.3-cü maddədə hər iki halda “qadını” sözü hər iki halda “şəxsi” sözü ilə əvəz edilsin.
6. 79.4-cü maddədə “qadın” sözü “şəxs” sözü ilə əvəz edilsin.

VII. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il No– 10, maddə 710; 2001-ci il, No– 9, maddə 576,  No– 11, maddə 675; 2003-cü il, No– 1, maddə 16; 2005-ci il, No– 4, maddə 278, No– 8, maddə 684; No– 10, maddə 908) aşağıdakı məzmunda 8.4-cü və 8.5-ci maddələr əlavə edilsin:
“8.4. Qeyri-hökumət təşkilatlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
8.5. Bu Qanunun 8.4-cü maddəsində göstərilən tələb hər hansı cinsin xüsusi maraqlarının müdafiəsi ilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir.”.

VIII. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278,   No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No– 12, maddələr 1083, 1085; 2006-cı il, No– 2, maddələr 64, 68, No– 3, maddələr 219, 220, 223, 225, No– 5, maddə 385, No– 6, maddə 478, No– 11, maddələr 923, 924, 932, No– 12, maddələr 1005, 1020, 1024;   2007-ci il, No– 1, maddələr 3, 4; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli  236-IIIQD nömrəli, 27 fevral tarixli 251-IIIQD və 6 mart tarixli 260-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 30.2-ci maddədə “azyaşlı uşağı olan qadınlar” sözləri “səkkiz yaşınadək uşağı olan qadınlar, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər” sözləri ilə əvəz edilsin.
2. Məcəlləyə aşağıdakı məzmunda 60-1-ci maddə əlavə edilsin:

“Maddə 60-1. Seksual qısnamaya məruz qalmış işçilərə qarşı təzyiqin göstərilməsi

Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə -
vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilirlər.”.

IX. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8 (III kitab), maddə 586, No– 12, maddə 835; 2001-ci il, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 237, 240, 244, No– 8, maddə 463; 2004-cü il, No– 6, maddə 399; 2005-ci il, No– 4, maddə 278; 2006-cı il, No– 11, maddə 929) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 172-ci maddənin adında “qadınlar” sözündən sonra “, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər” sözləri əlavə edilsin.
2. 172.1-ci, 172.2-ci maddələrdə ismin müvafiq hallarında “qadınlar” sözündən sonra ismin müvafiq hallarında “, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər” sözləri əlavə edilsin.
3. 172.3-cü maddənin birinci cümləsində, 172.4-cü maddənin birinci cümləsində, 172.5-172.8-ci maddələrdə ismin müvafiq hallarında “qadın” sözündən sonra ismin müvafiq hallarında “, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi” sözləri əlavə edilsin.
4. 172.3-cü maddənin ikinci cümləsində “qadına” sözü “məhkuma” sözü ilə, üçüncü cümləsində “məhkum qadının” sözləri “məhkumun” sözü ilə əvəz edilsin.
5. 173-cü maddənin adında “qadınların” sözündən sonra “, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin” sözləri əlavə edilsin.
6. 173.1-ci və 173.2-ci maddələrdə “qadın” sözündən sonra “, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi” sözləri əlavə edilsin.
7. 173.3-cü maddənin birinci cümləsindən “qadın” sözü çıxarılsın.
8. 173.4-cü maddədə “məhkum qadının” sözləri “məhkumun” sözü ilə əvəz edilsin.

X. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, II kitab, maddə 585; 2001-ci il, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddə 233, No– 8, maddə 463; 2003-cü il, No– 6, maddə 276; 2004-cü il, No– 5, maddə 321, No– 7, maddə 505, No– 8, maddə  598, No– 10, maddə 761, No– 11, maddə 890; 2005-ci il, No– 1, maddə 4, No– 4, maddə 278, No– 6, maddə 462, No– 8, maddə 686, No– 10, maddə 874, No– 12, maddə 1079; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64, No– 5, maddə 390, No– 10, maddə 847, No– 11, maddə 929, No– 12, maddə 1032) aşağıdakı əlavələr edilsin:
1. 111.2.2-ci maddədə “qadınlar” sözündən sonra “, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər” sözləri əlavə edilsin.
2. 510.1-ci maddədə “qadın” sözündən sonra “, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi” sözləri əlavə edilsin.

XI. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 1, maddə 1, No– 3, maddə 131; 2002-ci il, No– 12, maddə 693; 2003-cü il, No– 1, maddə 16; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005-ci il, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006-cı il, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 12, maddə 1014; 2007-ci il, No– 2, maddə 83) 28.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.”.

XII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2007-ci il
No– 424-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU