Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi  q ə r a r a   a l ı r :

I. Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
 
Ərəbocağı kəndi Pirkəkə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ərəbocağı kənd inzibati ərazi dairəsi yaradılsın.

Hapıtlı və Ovçulu kəndləri Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hapıtlı kəndi mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılsın.

Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şəkili kənd inzibati ərazi dairəsi yaradılsın.

Yuxarı Ağcayazı və Aşağı Ağcayazı kəndləri Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağcayazı kəndi mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılsın.

Yuxarı Ləki kəndi Orta Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Yuxarı Ləki kənd inzibati ərazi dairəsi yaradılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2007-ci il
No– 425-IIIQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU