"Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Sanitariya-epidemioloji salamatlıq haqqında" və "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 419; 2001-ci il, No– 3, maddə 143; 2004-cü il, No– 2, maddə 57, No– 4, maddə 199) aşağıdakı dəyişikliklər edilsin:
1. 13-cü maddənin üçüncü abzasında “immunoloji-bioloji və dərman preparatlarının bütün növləri haqqında” sözləri “dərman vasitələrinə dair” sözləri ilə əvəz edilsin.
2. 17-ci maddənin üçüncü abzasından “immunoloji-bioloji preparatları və” sözləri çıxarılsın.
3. 26-cı maddənin birinci hissəsində “tibbi immunoloji-bioloji preparatları” sözləri “immunobioloji dərman preparatlarını” sözləri ilə əvəz edilsin.
4. 39-cu maddənin səkkizinci abzasında “immunoloji-bioloji tibb” sözləri “immunobioloji dərman” sözləri ilə əvəz edilsin.
II. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 6, maddə 497; 1999-cu il, No– 5, maddə 285; 2001-ci il, No– 3, maddələr 141, 142, 143, 144, No– 11, maddələr 672, 687, 693; 2002-ci il, No– 5, maddələr 240, 244, No– 6, maddə 328; 2003-cü il, No– 6, maddə 256; 2004-cü il, No– 4, maddə 199, No– 6, maddə 396, No– 7, maddə 507; 2006-cı il, No– 2, maddə 66, No– 12, maddə 1028) aşağıdakı dəyişikliklər edilsin:
1. 36-cı maddənin ikinci hissəsində “dərman vasitələrindən” sözləri “habelə dərman vasitələrindən müvafiq icra hakimiyyəti orqanının qərarı və” sözləri ilə əvəz edilsin.
2. 37-ci maddənin dördüncü hissəsində “Müəyyən edilmiş qaydada yoxlamadan keçməmiş profilaktika, diaqnostika və müalicə üsullarının, dərman vasitələrinin” sözləri “Dərman vasitələrinin, habelə müəyyən edilmiş qaydada yoxlamadan keçməmiş profilaktika, diaqnostika və müalicə üsullarının” sözləri ilə əvəz edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 oktyabr 2007-ci il
No– 427-IIIQD
Fayl şəklində yüklə

