"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 10; 2001-ci il,     No– 11, maddə 687, No– 12, maddə 740; 2002-ci il, No– 5, maddə 241, No– 6, maddə 328, No– 12, maddə 706; 2004-cü il, No– 5, maddə 318; 2005-ci il,  No– 4, maddə 281,  No– 8, maddə 699, No– 10, maddə 903, No– 11, maddə 993) 32-ci maddəsinin altıncı hissəsində “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada” sözləri ilə, “təqdim etməlidir” sözləri isə “göndərir” sözü ilə əvəz edilsin.
II. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası  Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 14; 2001-ci il, No– 11, maddə 669; 2002-ci il, No– 5, maddə 237; Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 100-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. bu Qanunla təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası  Qanununun tətbiqi haqqında Əsasnamə”nin 20-ci bəndinin dördüncü abzasında “mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi” sözləri  “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sözləri ilə əvəz edilsin;
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası  Qanununun tətbiqi haqqında Əsasnaməyə 1 saylı Əlavənin– “Azərbaycan Respublikasının 16 yaşına çatmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket”in 8.4-cü bəndində “mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi” sözləri “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sözləri ilə əvəz edilsin;
3. ”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnaməyə 2 saylı Əlavənin– “Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket”in 9.7-ci bəndində “mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi” sözləri “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sözləri ilə əvəz edilsin;
4. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnaməyə 3 saylı Əlavənin– “16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması və ona Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket”in 8.4-cü bəndində “mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi” sözləri “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sözləri ilə əvəz edilsin;
5. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnaməyə 4 saylı Əlavənin– “16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması və ona Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket”in 9.5-ci bəndində “mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi” sözləri “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sözləri ilə əvəz edilsin;
6. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnaməyə 5 saylı Əlavənin– “Əcnəbinin Qeyd Vərəqəsi”nin 3-cü bəndinin ikinci cümləsində “mülkiyyət hüququnun qeydiyyat vəsiqəsini” sözləri “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını” sözləri ilə əvəz edilsin;

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2007-cı il
No– 459-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU