Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının "Şöhrət" ordeninin statutu"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, No– 23-24, maddə 680; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 3, maddə 141) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu”nun 2-ci bəndində “Azərbaycan Bayrağı” sözləri “Şərəf” sözü ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2007-ci il
No– 460-IIIQD
Fayl şəklində yüklə

