"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 2, maddə 82; 2001-ci il, No– 12, maddə 736; 2002-ci il, No– 3, maddə 116, No– 5, maddə 245; 2004-cü il, No– 2, maddələr 57, 58; 2005-ci il, No– 4, maddə 278; Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 375-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1. 14-cü maddədə beşinci-səkkizinci hissələr müvafiq olaraq altıncı-doqquzuncu hissələr hesab edilsin və maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir.”.

2. 29-cu maddədə “Kitab Palatasına” sözlərindən sonra “, Azərbaycan Mətbuat Şurasına,” sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2007-ci il
No– 463-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU