Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 2, maddə 107; 1999-cu il, No– 5, maddə 284; 2000-ci il, No– 6, maddə 380, No– 12, maddələr 832, 834; 2003-cü il, No– 2, maddə 77; 2004-cü il, No– 5, maddə 314; 2006-cı il, No– 1, maddə 3, No– 5, maddə 396, No– 12, maddə 1005) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1.  45-ci maddənin 6-cı bəndi 7-ci bənd hesab edilsin və maddəyə aşağıdakı məzmunda 6-cı bənd əlavə edilsin:
“6) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);”.
2.  47-ci maddədə:
2.1. 4-6-cı hissələr müvafiq olaraq 5-7-ci hissələr hesab edilsin və maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
“Bu Qanunun 45-ci maddəsinin 6-cı bəndində göstərilən əsasa görə, Milli Məclisin sədri deputatın məsələsini intizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər.”;
2.2. 5-ci və 7-ci hissələrdə “6-cı” sözü “7-ci” sözü ilə əvəz edilsin.

II. “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 10, maddə 706; 2004-cü il, No– 1, maddə 10; 2006-cı il, No– 2, maddə 67, No– 3, maddə 225) 14-cü maddəsinin dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda).”.

III. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 7, maddə 452, No– 12, maddə 731; 2002-ci il, No– 12, maddə 706; 2005-ci il, No– 10, maddə 902; 2006-cı il, No– 11, maddə 927; 2007-ci il, No– 1, maddələr 1, 4, No– 2, maddə 82; Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 340-IIIQD nömrəli Qanunu) 2.2-ci maddəsində “həyata keçirilməsinə” sözlərindən sonra “və dövlət qulluğunun digər prinsiplərinə” sözləri əlavə edilsin.

IV. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 7, maddə 453, No– 12, maddə 731; 2004-cü il, No– 10, maddə 760; 2005-ci il, No– 4, maddə 280, No– 10, maddələr 871, 872; 2006-cı il, No– 10, maddə 846, No– 11, maddə 927) 2-ci maddəsinin ikinci abzasında “həyata keçirilməsinə” sözlərindən sonra “və dövlət qulluğunun digər prinsiplərinə” sözləri əlavə edilsin.

V. Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 3, maddə 117; 2006-cı il, No– 2, maddə 67) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 10.2.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
2. aşağıdakı məzmunda 10.2.4-cü maddə əlavə edilsin:
“10.2.4. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda).”
3. 10.3-cü və 10.4-cü maddədə “bəndində” sözü “maddəsində” sözü ilə əvəz edilsin.

VI. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 7, maddə 586; 2007-ci il, No– 1, maddə 1) 2.2-ci maddəsində “həyata keçirilməsinə” sözlərindən sonra “və dövlət qulluğunun digər prinsiplərinə” sözləri əlavə edilsin.

VII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2007-ci il
No– 465-III QD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU