Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hindarx kəndinə qəsəbə statusunun verilməsi haqqında
Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hindarx kəndinə qəsəbə statusunun verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hindarx kənd inzibati ərazi dairəsi tərkibindəki Hindarx kəndinə qəsəbə statusu verilsin. Hindarx kənd inzibati ərazi dairəsi Hindarx qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2007-ci il
No– 467-IIIQ
Fayl şəklində yüklə

