Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

I. Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Əhmədalılar kənd inzibati ərazi dairəsi tərkibindəki Əhmədalılar kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 31,0 (otuz bir) ha, Arayatlı kənd inzibati ərazi dairəsi tərkibindəki Mollaməhərrəmli kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 37,0 (otuz yeddi) ha, Qarakollu kənd inzibati ərazi dairəsi tərkibindəki Qarakollu kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 122,0 (yüz iyirmi iki) ha, Pirəhmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Rəfədinli kəndi ərazisindən 35,0 (otuz beş) ha və Qış otlaq fondunun 50 h No–-li hissəsinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan 117 (yüz on yeddi) ha torpaq sahəsi əlavə edilmiş xəritəyə uyğun olaraq Horadiz qəsəbəsinin inzibati ərazisinə verilsin.

Horadiz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Horadiz qəsəbəsinə şəhər statusu verilsin, Horadiz qəsəbə inzibati ərazi dairəsi Horadiz şəhər inzibati ərazi dairəsi hesab edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2007-ci il
No– 468-IIIQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU