Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Şəfili kəndi Çarxana kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şəfili kənd inzibati ərazi dairəsi yaradılsın.
Şamlı kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şamlı kənd inzibati ərazi dairəsi yaradılsın.
Ovcullu kəndi Mamaylı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ovcullu kənd inzibati ərazi dairəsi yaradılsın.
Mollaşıxalı kəndi Zalam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Mollaşıxalı kənd inzibati ərazi dairəsi yaradılsın.
Solquca kəndi Mıxlıqovaq kənd inzibati ərazi dairəsi tərkibindən və Dandıx kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Solquca kəndi olmaqla, Solquca kənd inzibati ərazi dairəsi yaradılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2007-ci il
No– 470-IIIQ
Fayl şəklində yüklə

