"B?dcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N10, maddə 584; 2003-cü il, N6, maddə 267) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

 

1. 1.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"1.1.7. icmal büdcə - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi;".

 

2.Aşağıdakı məzmunda 1.1.12-1 - 1.1.12-4-cü maddələr əlavə edilsin:

 

"1.1.12-1.mərkəzləşdirilmiş gəlir - dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir;

1.1.12-2. mərkəzləşdirilmiş xərc - büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər;

1.1.12-3. yerli gəlir - dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir;

1.1.12-4. yerli xərc - büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər;".

 

3.Aşağıdakı məzmunda 1.1.23-cü və 1.1.24-cü maddələr əlavə edilsin:

 

"1.1.23. büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar;

1.1.24. büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar - mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda bələdiyyələr.".

 

4. 8-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

 

"Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən, yerli gəlir və xərclərdən ibarətdir.".

 

5. 9.1.1-9.1.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"9.1.1. dövlət vergiləri;

9.1.2. qrantlar;

9.1.3. digər gəlirlər;".

 

6. 9.1.4-cü və 9.1.5-ci maddələr çıxarılsın.

 

7. 10.1.1-ci maddədə "mallar" sözü "malların satın alınması" sözləri ilə əvəz edilsin.

 

8. 11.7-ci maddədə "maliyyələşdirilməsi" sözü "xərcləri" sözü ilə əvəz edilsin.

 

9. 11.8-ci maddədə "orqanlarına" sözü "orqanına" sözü, "büdcədən maliyyələşən təşkilatlar" sözləri isə "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar" sözləri ilə əvəz edilsin.

 

10. 11.9.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"11.9.1.Funksional və iqtisadi təsnifatların paraqrafları üzrə keçən ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə xərclərinin məbləği, Naxçıvan Muxtar Respublikası, ölkənin şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği, hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləği, büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;".

 

11. 11.12-ci maddədə "və büdcədən maliyyələşən orqanlarla, o cümlədən" sözləri "orqanlarla və büdcə təşkilatları, həmçinin" sözləri ilə əvəz edilsin.

12. 11.13-cü maddədə "təşkilatlardan" sözü "büdcə təşkilatlarından" sözləri ilə əvəz edilsin.

 

13. 11.15-ci maddədə "10" rəqəmi "15" rəqəmi ilə əvəz edilsin.

 

14.Aşağıdakı məzmunda 11.17-ci maddə əlavə edilsin:

 

"11.17.Növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar tərəfindən qanunvericiliklə müəyyən edilən sənədlərin vaxtında müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi büdcənin tərtibi prosesinin pozulmasına səbəb olarsa,həmin təşkilatların vəzifəli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.".

 

15. 12.1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"12.1.11. növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin funksional, iqtisadi və təşkilati təsnifatının paraqrafları səviyyəsində) müqayisəsi;".

 

16. 12.1.12-ci maddə çıxarılsın.

 

17. 16.1.1-ci maddədə "gəlirlərin" sözlərindən sonra "və xərclərin" sözləri əlavə edilsin.

 

18. 16.1.8-ci maddədən "digər" sözü çıxarılsın.

 

19. 16.2-ci maddədə "icra hakimiyyəti orqanlarına" sözləri "büdcə təşkilatlarına" sözləri ilə əvəz edilsin.

 

20. 18.3-cü maddədə "funksional, iqtisadi və təşkilati təsnifat" sözləri "gəlirlərin təsnifatı" sözləri ilə əvəz edilsin.

 

21. Aşağıdakı məzmunda 18.3-1-ci maddə əlavə edilsin:

 

"18.3-1. Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.".

 

22. 19.5-ci maddədə "yönəldilir" sözləri "və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilə bilər" sözləri ilə əvəz edilsin.

 

23. 21.2-ci maddədə "cari nəzarəti" sözləri "nəzarəti öz səlahiyyətləri daxilində" sözləri ilə əvəz edilsin.

24. 21.3-cü maddədə "icra hakimiyyəti orqanlarının və təşkilatların" sözləri "büdcə təşkilatlarının" sözləri ilə əvəz edilsin.

 

25. Aşağıdakı məzmunda 21.4-cü maddə əlavə edilsin:

 

"21.4. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduqda müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirir.".

 

26. 27.1-ci maddədə "orqanları" sözü "orqanı" sözü ilə əvəz edilsin.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 dekabr 2004-cü il

N 791 -IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU