"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 3, maddə 208, No– 12, maddə 1019) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 18.1-ci maddədə “bir övladı olduqda” sözləri  “bir ailə üzvü olduqda və ya bu Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda” sözləri ilə əvəz edilsin.

2. 19.1-ci maddədə “80” rəqəmi “85” rəqəmi ilə əvəz edilsin.

3. 26.2-26.5-ci maddələr müvafiq olaraq 26.3-26.6-cı maddələr hesab edilsin və bu Qanuna aşağıdakı məzmunda 26.2-ci maddə əlavə edilsin:

“26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək- haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.”.

4. 26.2-ci maddəyə aşağıdakı məzmunda qeyd əlavə edilsin:

“Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.”.

5. 28-ci maddədə “qüvvədə olmuş qanunvericilik üzrə” sözləri çıxarılsın.

6. 32.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.”.

7. 37.3.4-cü maddənin ikinci cümləsində birinci mötərizədə verilmiş “göstərilən şəxslər” sözləri “göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 25 il qulluq stajı olan şəxslər” sözləri ilə əvəz edilsin.

8. 42.2-ci maddədə “vəfat etmiş pensiyaçının əmək pensiyasının baza və sığorta hissəsinin üç aylıq” sözləri “pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2007-ci il
No– 474-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU