"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No–10, maddə 870) 10.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:
“10.3. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən xarici ölkələrin dövlət əyar damğasının tanınması halları istisna olmaqla, Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanmalıdır.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 2007-ci il
No– 476-IIIQD
Fayl şəklində yüklə

