"Dövlət r?sumu haqqında", "H?quqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunlarına əlavə və dəyişikliklərin edilməsi və "Birdəfəlik r?sum haqqında" Azərbaycan Respublikası Qanununun q?vvədən d?şm?ş hesab edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

 

"Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin

dövlət qeydiyyatı və dövlət reyestri haqqında"

Azərbaycan Respublikasının Qanunlarına

əlavə və dəyişikliklərin edilməsi və

"Birdəfəlik rüsum haqqında" Azərbaycan

Respublikası Qanununun qüvvədən düşmüş

hesab edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N12, maddə 740; 2002-ci il, N12, maddə 706; 2003-cü il, N1, maddə 23; N8, maddə 428; N12, I kitab, maddə 698) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2.0.6-cı maddədə, habelə 18-ci və 19-cu maddələrin adlarında "növlərin verilməsi" sözlərindən sonra "və nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsi" sözləri əlavə edilsin.

 

2. 4.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"4.1. Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir.".

 

3. 4.2-ci maddə çıxarılsın.

 

4. 11.0-cı maddə 11.1-ci maddə, 11.0.1 - 11.0.5-ci maddələr isə 11.1.1 - 11.1.5-ci maddələr sayılsın və aşağıdakı məzmunda 11.2-ci maddə əlavə edilsin:

"11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində dövlət büdcəsinə köçürülür.".

 

5. Aşağıdakı məzmunda 18.64-cü maddə əlavə edilsin:

"18.64. Nəqliyyat vasitələrinin, həmçinin motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün:

18.64.1. avtonəqliyyat vasitələri üçün - şərti maliyyə vahidinin 2,0 misli;

18.64.2. motonəqliyyat vasitələri, qoşqular və yarımqoşqular üçün - şərti maliyyə vahidinin 1,0 misli.".

 

5. Aşağıdakı məzmunda 19.3-cü maddə əlavə edilsin:

"19.3. Bu Qanunun 18.64-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə təşkilatlarından dövlət rüsumu tutulmur.".

 

6. 23.2-ci və 28.1-ci maddələr çıxarılsın.

 

II. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, N1, maddə 8) 4.3-cü maddəsinin ikinci cümləsi çıxarılsın.

 

III. "Birdəfəlik rüsum haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, N 8, maddə 161) qüvvədən düşmüş hesab edilsin.

 

IV. Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 dekabr 2004-cü il

N 793 - IIQD

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU