"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No–10, maddə 584; 2003-cü il, No–6, maddə 267; 2004-cü il, No–12, maddə 979; 2005-ci il, No–5, maddə 393; 2006-cı il, No–2, maddə 67, No–3, maddə 225, No–12, maddə 1012) 2-ci maddəsinə aşağıdakı əlavələr edilsin:
1. Maddənin mətnində “Büdcə sistemi” sözlərindən əvvəl “2.1.” rəqəmi əlavə edilsin.
2. Aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:
“2.2. Bu Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, hər ilin dövlət büdcəsi, onun icrası və ona dəyişikliklərin edilməsi, dövlət borcu haqqında qanunlar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarına dövlət büdcəsi hesabına maliyyə təminatı ilə bağlı müddəaların daxil edilməsinə yol verilmir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2007-ci il
No– 488-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU