"Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No– 5, maddə 444) 1.2-ci maddəsində “ərazi və sahə komitələri” sözləri “ərazi və sahə bölmələri” sözləri ilə, 7.2-ci maddəsində “komitələrində” sözü “bölmələrində” sözü ilə, 7.4-cü maddəsində “komitələrinin” sözü “bölmələrinin” sözü ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2007-ci il
No– 501-IIIQD
Fayl şəklində yüklə

