Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12 maddə 973; 2005-ci il, No–1 maddələr 5, 6, No–2 maddə 61, No–4 maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68; No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No–6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No–1, maddələr 3, 4, No–2, maddələr 65, 68, No–5, maddələr 397, 398, 401, 440, No–6, maddələr 560, 561, 562, 579, No–8, maddə 757; Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli  421-IIIQD, 422-IIIQD nömrəli, 19 oktyabr tarixli 455-IIIQD, 6 noyabr tarixli  478-IIIQD və 481-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 53-cü və 53-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 53. Əmək qanunvericiliyinin pozulması

53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi min mislindən iyirmi beş min mislinədək miqdarda çərimə edilir.
53.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə -
şərti maliyyə vahidi məbləğinin yeddi yüz mislindən min iki yüz mislinədək miqdarda çərimə edilir.
53.3. İşçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min mislindən min beş yüz mislinədək miqdarda çərimə edilir.
53.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz mislindən min beş yüz mislinədək miqdarda çərimə edilir.
53.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda çərimə edilir.
53.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda çərimə edilir.
53.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə -
vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda çərimə edilir.
53.8. İşəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə -
şərti maliyyə vahidi məbləğinin otuz min mislindən otuz beş min mislinədək miqdarda çərimə edilir.

Maddə 53-1. Məcburi əmək

Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə məcbur edilməsinə görə - 
şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda çərimə edilir.”;

2. 54-cü maddə üzrə:
2.1. 54.0.9-cu maddədən “görə - ” sözü çıxarılsın və maddənin sonuna nöqtəli vergül işarəsi əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 54.0.10-cu maddə əlavə edilsin:
“54.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə -”;
2.3. maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə edilir.”;

3. 55-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin yeddi yüz mislindən min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

4. 56-cı maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin səkkiz yüz mislindən min altı yüz mislinədək miqdarda cərimə edilir.”;

5. 57-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə edilir.”;

6. 58-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin min mislindən min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

7. 59-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin yeddi yüz mislindən min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

8. 318-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 318. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərinin yerinə yetirilməməsi

318.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın və ya bu orqanın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri digər qərarların yerinə yetirilməməsinə görə-
vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə edilir.
318.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına görə -
vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min beş yüz mislindən beş min mislinədək miqdarda cərimə edilir.”;

9. 321.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin min mislindən min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

10. 321.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edilir.”;

11. 321.3-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edilir.”;

12. 322.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min iki yüz mislindən iki min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən üç min mislinədək miqdarda cərimə edilir.”;

13. 322.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

14. 322.3-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

15. 322.4 -cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən üç min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min beş yüz mislindən beş min mislinədək miqdarda cərimə edilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2007-ci il 
No– 508-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU