Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Əmək Məcəlləsində
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N4, maddə 213; 2001-ci il, N3, maddə 143, N6, maddə 362, N11, maddələr 672, 679, N12, maddə 731; 2002-ci il, N1, maddə 2, N5, maddə 241, N6, maddə 328; 2003-cü il, N1, maddələr 9, 23; 2004-cü il, N1, maddə 10, N2, maddə 57, N3, maddə 133, N6, maddə 413, N7, maddə 505; Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 729-IIQD nömrəli Qanunu) 74-cü maddəsinə aid qeydin dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
"Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla, onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.".
II. Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2004-cü il
N795 - IIQD

