Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, (I kitab), maddə 584; 2001-ci il, No–1, maddə 24,  No– 3, maddə 139, No–7, maddə 455, No– 11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, (I kitab), maddə 165, No– 5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No– 12, maddə 692; 2003-cü il , No–1, maddələr 3, 13, 23, No–4,  maddələr 177, 178, No–5, maddə 228, No– 6, maddələr 257, 276, 279,  No– 8, maddələr 407, 425, No– 12, (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6,7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No–1, maddələr 5, 6,  No– 2, maddə 61, No– 4, maddələr  272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10,  maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No– 12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223,225, No– 5, maddə 385, No–6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No–1, maddələr 3, 4, No–2, maddələr 65, 68, No– 5, maddələr 397, 401, 440, 450; Azərbaycan  Respublikasının  2007-ci il  1 fevral tarixlı, 236-IIIQD nömrəli, 27 fevral tarixlı, 251-IIIQD nömrəli, 6 mart tarixlı, 260-IIIQD nömrəli, 1 may 2007-ci il tarixli, 322-IIIQD nömrəli, 31 may 2007-ci il tarixli, 357-IIIQD nömrəli, 17 aprel  2007-ci il tarixli  313-IIIQD, 317-IIIQD, 320-IIIQD və 16 iyun tarixli 391-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 257-4-cü maddə əlavə  edilsin:

“Maddə 257-4. Dövlət sosial  sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması

Sığortaedənlər  tərəfindən qanunvericiliklə müəyyən  edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti  orqanına təqdim edilməməsinə görə-

fiziki şəxslər şərti maliyyə vahidinin otuz misli miqdarında, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən misli miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli misli miqdarında cərimə edilir.”

II. Bu Qanun dərc edildiyi  gündən  qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının  Prezidenti

Bakı şəhəri, 6 noyabr 2007-ci il
No– 475-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU