"Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–12, maddə 984; 2007-ci il, No–6, maddə 562) aşağıdakı dəyişikliklər edilsin:
1. 21.11-ci və 21.12-ci maddələr çıxarılsın.
2. 22.0.16-cı maddə aşağıdakı redaksiyada verilsin:
“22.0.16. Milli Bankda əməyin ödənilməsi formaları və miqdarını Azərbaycan Respublikasının bank sistemində uyğun əməkhaqqı səviyyəsi nəzərə alınmaqla müəyyənləşdirir;”.
3. 59.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“59.5. Milli Bankın əməkdaşlarının pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 2007-ci il
No– 477-IIIQD
Fayl şəklində yüklə

