"Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə
“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No–8, maddə 471; 2004-cü il, No–2, maddə 57) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 4-cü maddənin 1-ci hissəsinə aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:
“1.7. ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması.”.
2. 5-ci maddənin 2-ci hissəsinə aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin, 2.6-2.8-ci bəndlər müvafiq olaraq 2.7-2.9-cu bəndlər hesab edilsin:
“2.6. ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının müəyyən etmək;”.
II. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12, maddə 973; 2005-ci il, No–1, maddələr 5, 6, No–2, maddə 61, No–4, maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No–6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No–1, maddələr 3, 4, No–2, maddələr 65, 68, No–5, maddələr 397, 398, 401, 440; No–6, maddələr 560, 561, 562, 579; 2007-ci il 1 may tarixli 322-IIIQD nömrəli, 31 may tarixli 357-IIIQD nömrəli, 16 iyun tarixli 391-IIIQD nömrəli, 1 oktyabr tarixli 421-IIIQD, 422-IIIQD, 424-IIIQD nömrəli, 9 oktyabr tarixli 430-IIIQD nömrəli, 19 oktyabr tarixli 455-IIIQD nömrəli və 6 noyabr tarixli 478-IIIQD, 481-IIIQD qanunları) aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 76.2-ci maddənin dispozisiya hissəsindən “səs küyün, vibrasiyanın,” sözləri çıxarılsın.
2. Məcəllənin 113.0-113.0.12-ci maddələri müvafiq olaraq 113.1-113.1.12-ci maddələri hesab edilsin və 113.1.12-ci maddəsində “113.0.1-113.0.11” rəqəmləri “113.1.1-113.1.11” rəqəmləri ilə əvəz edilsin.
3. Məcəlləyə aşağıdakı məzmunda 113.2-ci maddə əlavə edilsin:
“113.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə-
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən səkkiz yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin səkkiz min mislindən on iki min mislinədək miqdarda cərimə edilir.”.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2007-ci il
No– 502-IIIQD
Fayl şəklində yüklə

