Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 8, maddə 479; 2001-ci il, No– 12, maddə 736; 2002-ci il, No– 5, maddə 241; 2004-cü il, No– 2, maddə 57, No– 8, maddə 600; 2005-ci il, No– 8, maddə 684) preambulasının ikinci hissəsində “sosial sığorta” sözlərindən sonra “, o cümlədən icbari tibbi sığorta” sözləri əlavə edilsin.

II. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 4; 2001-ci il, No– 3, maddə 141) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 6-cı maddənin:
1.1. birinci hissəsinin ikinci abzasında “müəyyən etdiyi qaydada” sözlərindən sonra və üçüncü abzasının əvvəlinə “könüllü” sözü əlavə edilsin;
1.2. ikinci hissəsinin ikinci, üçüncü və dördüncü abzasları müvafiq olaraq üçüncü, dördüncü və beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icbari tibbi sığorta müqaviləsi bağlamaq;”;
1.3. ikinci hissəsinin beşinci abzasında “sığorta haqlarının” sözlərindən əvvəl “könüllü tibbi sığorta müqaviləsi üzrə” sözləri əlavə edilsin;
2. 11-ci maddədə “növünü, həcmini” sözlərindən sonra “(baza zərfini)” sözləri əlavə edilsin.
3. 12-ci maddənin:
3.1. birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Könüllü tibbi sığorta təşkilatı – mülkiyyət formasından asılı olmayaraq, sığorta qanunvericiliyində müəyyən edilmiş tələblərə müvafiq qaydada xüsusi razılığa (lisenziyaya) malik olan və həmin qanunvericiliyə uyğun olaraq könüllü tibbi sığortanı həyata keçirmək səlahiyyəti olan sığortaçıdır.”;
3.2. ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“İcbari tibbi sığorta təşkilatı -  icbari tibbi sığortanı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan dövlət orqanıdır.”;
3.3. üçüncü hissəsində “Müvafiq icra hakimiyyəti orqanı və tibb” sözləri “Tibb” sözü ilə əvəz edilsin.
4. 14-cü maddənin dördüncü hissəsində “məşğul olan şəxslərin” sözlərindən sonra “könüllü” sözü əlavə edilsin.
5. 16-cı maddənin birinci hissəsi üzrə:
5.1. “sığorta haqqının ödəyiciləri kimi qeydiyyatdan keçməkdən” sözləri “icbari tibbi sığorta müqaviləsinin bağlanmasından” sözləri ilə əvəz edilsin, “müəyyən olunmuş qaydada” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir.”

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2007-ci il
No– 503-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU