"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No–7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–12, maddə 737; 2003-cü il, No–1, maddə 1; 2006-cı il, No–3, maddə 225; 2007-ci il, No–6, maddə 562) 9-cu maddəsinin 6-cı hissəsinin “, valyuta sərvətlərinin nağd çıxarılması zamanı ödənilməli olan rüsumların dərəcəsini isə müvafiq icra hakimiyyəti orqanı” sözləri çıxarılsın.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2007-ci il
No– 507-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU