Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi haqqında
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz qəsəbəsinə şəhər statusu verilsin, Şahbuz qəsəbə inzibati ərazi dairəsi Şahbuz şəhər inzibati ərazi dairəsi hesab edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2007-ci il
No– 511-IIIQ
Fayl şəklində yüklə

