"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununa əlavə edilməsi barədə
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 413; 1999-cu il, No– 5, maddə 284, No– 7 maddə 396, No– 10, maddə 570; 2001-ci il, No– 5, maddə 292, No– 6, maddə 379, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 4, No– 12, maddə 706; 2003-cü il, No– 6, maddə 278; 2004-cü il, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 199, No– 8, maddələr 597, 598, No– 9, maddə 669, 2005-ci il, No– 1, maddə 7, No– 8, maddə 686; 2006-cı il, No– 1, maddə 4, No– 12, maddə 1005; 2007-ci il, No– 5, maddə 446; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 385-IIIQD nömrəli və 19 oktyabr tarixli 462-IIIQD nömrəli qanunları) 107-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Hakim illik məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin il (illər) üçün istifadə edilməmiş məzuniyyətə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir”.
II. Bu Qanun 2007-ci il dekabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2007-ci il
No– 523-IIIQD
Fayl şəklində yüklə

