R.R.Süleymanovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında
R.R.Süleymanovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Ramiz Rəhim oğlu Süleymanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilsin.
II. Ramiz Rəhim oğlu Süleymanovun səlahiyyət müddəti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 7-ci bəndinə uyğun müəyyən edilir.
III. Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri, 1 fevral 2008-ci il
No– 529-IIIQR
Fayl şəklində yüklə