Azərbaycan Respublikasının Qusar rayonunda Suduroba və Laza bələdiyyələrinin təşkil edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Qusar rayonunda

Suduroba və Laza bələdiyyələrinin

təşkil edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

I. "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N10, maddə 704) 3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Qusar rayonunda aşağıdakı bələdiyyələr təşkil edilsin:

1) İmamqulukənd bələdiyyəsinin əhatə etdiyi Suduroba kəndində Suduroba bələdiyyəsi;

2) Kuzun bələdiyyəsinin əhatə etdiyi Laza kəndində Laza bələdiyyəsi.

 

II. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 12, maddə 689; 2001-ci il, N 11, maddə 677; 2002-ci il, N 5, maddə 237; 2003-cü il, N 6, maddə 273; 2003-cü il, N 8, maddə 419; 2004-cü il, N 7, maddə 522; Azərbaycan Respublikasının 2004-cü il 17 sentyabr tarixli 762-IIQD nömrəli Qanunu) əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın "Qusar rayonu" bölməsində aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1) 34-cü sırada "İmamqulukənd bələdiyyəsi" sözlərinin qarşısındakı "İmamqulukənd və Suduroba kəndləri" sözləri "İmamqulukənd kəndi" sözləri ilə əvəz edilsin;

2) aşağıdakı məzmunda 69-cu sıra əlavə edilsin:

"69. Suduroba bələdiyyəsi - Suduroba kəndi";

3) 38-ci sırada "Kuzun bələdiyyəsi" sözlərinin qarşısındakı "Kuzun, Çətgün və Laza kəndləri" sözləri "Kuzun və Çətgün" sözləri ilə əvəz edilsin;

4) aşağıdakı məzmunda 70-ci sıra əlavə edilsin:

"70. Laza bələdiyyəsi - Laza kəndi".

 

III.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 dekabr 2004-cü il

N 798-IIQ

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU