"Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q  A  N  U  N  U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No–7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–3, maddə 226; 2001-ci il, No–11, maddə 683, No–12, maddə 736; 2002-ci il, No–5, maddə 241; 2003-cü il, No–1, maddə 21; 2004-cü il, No–3, maddə 133; 2005-ci il, No–8, maddə 684) aşağıdakı əlavələr edilsin:
1. 13-cü maddənin birinci hissəsinə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:
“sığortaçı ilə mülki məsuliyyətinin icbari sığortası müqaviləsini bağlamaq.”;

2. 14-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

II. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No–19, maddə 327; Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 12 mart tarixli 37 nömrəli qərarı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–3, maddə 226; 2004-cü il, No–6, maddə 397; 2005-ci il, No–8, maddə 684) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”nin 8-ci bəndinə aşağıdakı məzmunda on birinci hissə əlavə edilsin, on birinci hissə on ikinci hissə hesab edilsin:

“auditor xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanması üçün tədbirlər görmək;”.

III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, (I kitab), maddə 584; 2001-ci il, No–1, maddə 24,  No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, (I kitab), maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4,  maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12, maddə 973; 2005-ci il, No–1, maddələr 5, 6, No–2, maddə 61, No–4, maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No–6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No–1, maddələr 3, 4, No–2, maddələr 65, 68, No–5, maddələr 397, 398, 401, 440, No–6, maddələr 560, 561, 562, 579, No–8, maddə 757) aşağıdakı məzmunda 253-2-ci maddə əlavə edilsin:

“Maddə 253-2. Auditorun mülki məsuliyyətinin icbari sığortası
                           müqaviləsinin bağlanmaması

Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən sığortaçı ilə mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə -
vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.”.

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2008-ci il
No– 535-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU