"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət qulluğu haqqında” Azərbaycan  Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U

   Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r  :

I. “Dövlət qulluğu haqqında” Azərbaycan  Respublikasının Qanununa (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 1, maddə 1, No– 3, maddə 131; 2002-ci il, No– 12, maddə 693; 2003-cü il, No– 1, maddə 16;        2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597,     No– 11, maddə 884; 2005-ci il, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006-cı il, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 11, maddə 927, No– 12, maddələr 1005, 1014; 2007-ci il, No– 2, maddə 83, No– 5, maddə 434, No– 7, maddə 711, No– 10, maddə 934; Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli         424-IIIQD, 19 oktyabr tarixli 458-IIIQD və 462-IIIQD, 7 dekabr tarixli 504-IIIQD və 510-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin: 
1. 8.1.5-ci maddədə “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı” sözlərindən sonra “, Milli Televiziya və Radio Şurasının Aparatı” sözləri əlavə edilsin.
2. 8.1.6-cı maddədə “regional mərkəzləri” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı” sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2008-ci il
No– 536-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU