"Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə
“Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 7, maddə 514; 2006-cı il, No– 3, maddə 221, No– 11, maddə 927; 2007-ci il, No– 8, maddə 756; Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462-IIIQD nömrəli Qanunu) 74-cü maddəsində “xidmət illərinə görə əlavə ödənişlərdən,” sözlərindən sonra “məharət dərəcəsinə görə verilən əlavədən,” sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2008-ci il
No– 539-IIIQD
Fayl şəklində yüklə

