"Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 8 may tarixli 331-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 8 may tarixli           331-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

AZƏRBAYCAN    RESPUBLİKASININ
Q   A   N   U   N   U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 4, maddə 79; 1993-cü il, No– 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 378; 1998-ci il, No– 1, maddələr 15, 16; 1999-cu il,  No– 4, maddə 228, No– 5, maddə 286; 2001-ci il, No– 6, maddələr 362, 363, No– 11, maddə 694, No– 12, maddələr 731, 736; 2004-cü il, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddələr 199, 212, No– 7, maddə 507, No– 8, maddə 596; 2005-ci il, No– 10, maddə 871, No– 12, maddə 1093; 2006-cı il, No– 4, maddə 312, No– 11, maddə 933; 2007-ci il, No– 6, maddə 561; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 389-IIIQD nömrəli Qanunu) 9-cu maddəsinin 7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“7. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla, şəxslərin həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır.”.
II. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 4, maddə 213; 2001-ci il,   No– 3, maddə 143, No– 6, maddə 362, No–11, maddələr 672, 679, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 2, No– 5, maddə 241, No– 6, maddə 328; 2003-cü il, No– 1, maddələr 9, 23; 2004-cü il, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 6, maddə 413, No– 7, maddə 505, No– 9, maddə 672, No– 12, maddə 981; 2005-ci il, No– 3, maddə 151, No– 4, maddə 278, No– 7, maddə 560, No– 10, maddə 874, No– 11, maddə 1001, No– 12, maddə 1094; 2006-cı il, No– 3, maddələr 220, 222, No– 5, maddə 385,       No– 11, maddə 923, No– 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, No– 5, maddələr 401, 437, No– 6, maddə 560;  Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli      389-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 74-cü maddənin birinci hissəsinin “e” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda “ə” bəndi əlavə edilsin:
“ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.”.
2. 77-ci maddəyə aşağıdakı məzmunda doqquzuncu hissə əlavə edilsin:
“9. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla, işçinin həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır.”.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2008-ci il 
No– 540-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU