"Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə

Qanunlar      Paylaşın:        

“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə

AZƏRBAYCAN RESPUBLIKASININ
Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

II. “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi” təsdiq edilsin (əlavə olunur).

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


 İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2008-ci il
No– 541-IIIQ

 

 

Azərbaycan Respublikasının
2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

 

Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə


1. Dənizçinin şəxsiyyət sənədi (bundan sonra - şəxsiyyət sənədi) gəmidə (hərbi gəmi istisna olmaqla) dənizçinin şəxsiyyətini təsdiq edən sənəd olmaqla, sahibinə Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli Qanunu ilə qoşulmuş Beynəlxalq Əmək Təşkilatının “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli (dəyişdirilmiş) Konvensiyasına (bundan sonra - Konvensiya) uyğun olaraq işlədiyi gəmi ilə birlikdə və ya xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququ verir.
2. Şəxsiyyət sənədi Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən Azərbaycan Respublikasının vətəndaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
3. Şəxsiyyət sənədi Konvensiyaya uyğun olaraq, Azərbaycan Respublikasında qeydiyyatda olan və ya onun ərazisində istifadə üçün icarəyə götürülmüş gəmidə dənizçi vəzifəsində işləyən və Azərbaycan Respublikasında daimi yaşama statusu almış əcnəbilərə (bundan sonra - əcnəbilər) və ya vətəndaşlığı olmayan şəxslərə də verilə bilər.
4. Şəxsiyyət sənədi müstəqil xarakter daşıyır və pasport hesab edilmir.
5. Şəxsiyyət sənədində Azərbaycan Respublikasının adı, kodu, dövlət gerbi, sənədin tipi, seriyası və nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu tarix və yer, verilmə tarixi və etibarlıq müddəti, dənizçinin şəxsiyyət sənədi sahibinin şəxsi imzası, biometrik göstəriciləri, şəxsin fərdi identifikasiya nömrəsi, şəxsin səciyyəvi əlamətləri, dənizçinin şəxsiyyət sənədini verən orqanın adı, ünvanı, telefonu, faksı, elektron ünvanı, internet səhifəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli (İCAO 9303) tələblərinə uyğun fotoşəkli göstərilir.
6. Şəxsiyyət sənədi tərkibində donanma və ya üzən nəqliyyat vasitəsi olan müəssisələrin, idarələrin və təşkilatların, o cümlədən dəniz təhsil müəssisələrinin rəhbərlərinin vəsatəti (1 nömrəli əlavə) və ya fərdi qaydada fəaliyyət göstərən dənizçi (və ya onun qanuni nümayəndəsi) tərəfindən doldurulmuş ərizə-anket (2 nömrəli əlavə) və dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
7. Şəxsiyyət sənədi 5 illik müddətə verilir. Onun ilk 5 il qüvvədə olan müddəti başa çatdıqdan sonra bu müddət 10 ildən artıq olmamaq şərtilə uzadıla bilər.
8. Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı şəxsiyyət sənədinin verilməsi barədə vəsatətin (ərizə-anketin) düzgün doldurulmasını yoxlamalıdır. Bu məqsədlə həmin məsul əməkdaş barəsində şəxsiyyət sənədinin verilməsi tələb olunan şəxsin şəxsiyyət vəsiqəsini, ixtisas diplomunu, sağlamlığı haqqında tibbi arayışı, hərbi vəzifəsi haqqında hərbi biletini və ya təhkim şəhadətnaməsini, lazım olarsa, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri tələb etməli və nəzərdən keçirməlidir.
9. Şəxsiyyət sənədini almaq üçün dənizçi bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkilləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Şəxsiyyət sənədinin verilməsinə dair və Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli (İCAO 9303) texniki tələbləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının binasında görünən yerdə asılmalıdır.
10. Şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı şəxsiyyət sənədinin verilməsi barədə vəsatət (ərizə-anket) üzrə məlumatları yoxladıqdan sonra vəsatətdə (ərizə-anketdə) həmin məlumatların düzgünlüyünü öz imzası və gerbli möhürlə təsdiq edərək, dənizçinin şəxsi məlumatlarını yoxlanılması üçün “Giriş-Çıxış” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminin (AMAS) vahid məlumat bankına göndərir (ötürür) və oraya sorğu verir. Sorğuya alınmış cavab əsasında həmin məsul əməkdaşı dənizçiyə şəxsiyyət sənədinin verilməsinin mümkünlüyü haqqında qərar qəbul edir və buna görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
11. Şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dənizçiyə şəxsiyyət sənədinin verilməsindən imtina edilməklə, onun ölkədən getmək və ölkəyə gəlmək hüququ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş əsaslar olduqda müvəqqəti məhdudlaşdırıla bilər.
12. Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı şəxsiyyət sənədini doldurur və 15 gün müddətində sahibinə verilməsi üçün müraciət etmiş vəzifəli şəxsə və ya şəxsən dənizçiyə (və ya onun qanuni nümayəndəsinə) təqdim edir.
13. Şəxsiyyət sənədindəki yazılar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində göstərilir və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən imza və möhürlə təsdiq edilərək sənədin rekvizitləri haqqında məlumatlar “Giriş-Çıxış” İdarələrarası Avtomatlaşdırılmış Məlu-mat Axtarış Sisteminin (AMAS) vahid məlumat bankına daxil edilməsi üçün göndərilir (ötürülür).
14. Şəxsiyyət sənədinin sahibi sənədi qorumalıdır.

15. Dənizçi şəxsiyyət sənədini itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, bu sənədi verən müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.
Şəxsiyyət sənədinin itirildiyini bildirən dənizçi həmin sənədi taparsa və ya itirilmiş şəxsiyyət sənədi yeni şəxsiyyət sənədi verildikdən sonra tapılarsa, tapılmış sənədi dənizçi bu sənədi verən müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir.
Şəxsiyyət sənədinin itirilməsi təsdiq edildikdə və ərizəçinin şəxsiyyəti müəyyənləşdirildikdə, itirilmiş şəxsiyyət sənədi etibarsız hesab edilərək, yeni şəxsiyyət sənədi verilir.
Şəxsiyyət sənədi oğurlandıqda, dənizçi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına müraciət etməlidir.
Belə ərizənin qəbul olunması haqqında dənizçiyə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət sənədinin əvəzinə yeni şəxsiyyət sənədinin verilməsi üçün əsasdır.
16. Xarici ölkədə  şəxsiyyət sənədi itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlıq müddəti bitmiş dənizçinin yeni şəxsiyyət sənədi ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu ölkədəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu və yaxud Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan xarici ölkədə Azərbaycan Respublikasının mənafeyini ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu vasitəsilə həyata keçirilir.
17. Şəxsiyyət sənədinin sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə və ya şəxsiyyət sənədinin yazılarında qeyri-dəqiqlik müəyyən edildikdə, yaxud şəxsiyyət sənədi yararsız hala düşdükdə dənizçi bu sənədin dəyişdirməsi üçün onu verən orqana müraciət etməlidir.
18. Bu Əsasnamənin tələblərinə zidd olaraq şəxsiyyət sənədinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün dənizçidən qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya şəxsiyyət sənədi-nin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, habelə şəxsiyyət sənədinə bilə-bilə yalan məlumatlar daxil edilməsinə, onun həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsinə, şəxsiyyət sənədinin itirilməsinə, onun verilməsi qaydalarının pozulmasına, qanunsuz alınması-na və ya girov götürülməsinə, qəsdən korlanmasına, oğurlanmasına, saxtalaşdırılmasına, satılmasına, qanunsuz hazırlanmasına və ya bilə-bilə saxta sənəddən istifadə edilməsinə görə təqsirli şəxslər Azərbaycan Respub-likasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”yə
1 nömrəli əlavə

 


Dənizçinin şəxsiyyət sənədinin verilməsi haqqında
müəssisənin (idarənin, təşkilatın)
VƏSATƏTİ


APPLICATION
on issuing Seafarers`Identity Document
from the organization (department, institution)

 

1. Aşağıdakı məlumatları nəzərə alaraq dənizçinin şəxsiyyət sənədinin verilməsini xahiş edirik.
In accordance with the following we hereby request to issue the Seafarers` Identity Document.

1.1. Soyadı
Surname (as well as previous surname) 
 1.2. Adı
Name 1.3. Atasının adı
Patronymic
1.4. Doğulduğu yer
Place of birth 1.5. Doğulduğu tarix (gün, ay, il)
Date of birth (day, month, year)
  1.6. Cinsi
Sex 
1.7. Qan qrupu
Blood group    1.8. Səciyyəvi əlamətləri
Distinctive marks

1.9. Yaşayış yeri
Place of residence 

1.10. Dənizçinin şəxsiyyət sənədinin sahibinin xidməti vəzifəsi:
Official position of the holder of Seafarers`Identity Document

1.11. Şəxsin imzası    
Signature of the applicant

2. Müəssisənin (idarənin, təşkilatın)
Organization (department, institution)

2.1. Adı / Name   2.2. Ünvanı / Address    2.3. Rəhbərin soyadı, adı, atasının adı Name, surname, patronymic of the Head
3. Vəsatətin verilməsinə əsas
Ground for the application     

 4. Müəssisə, idarə, təşkilatın: Organization, company, department:   5. Vəsatətin tarixi
Date of the application


 4.1. Rəhbərin imzası:
Signature of the Head 

4.2. Möhürü / Stamp   

 

II. Dənizçinin şəxsiyyət sənədini verən dövlət orqanı tərəfindən doldurulan hissə:
Part filled by the authority issuing the Seafarers`Identity Document
_________________________________________________________________________________


a) Dənizçinin şəxsiyyət sənədini verən dövlət orqanının məsul əməkdaşı tərəfindən müəssisənin (idarənin, təşkilatın) vəsatətinin yoxlanılması ilə bağlı qeydlər:
Notes made by the official of the authority issuing the Seafarers`Identity Document with regard to the application submitted by the organization (department, institution):


6. Dənizçinin şəxsiyyət sənədini verən dövlət orqanının adı
 
Name of the authority issuing the Seafarers`Identity Document 7. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi   Date of entry and registration number of the application
 
8. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
The following documents were checked during the examination:

Sənədlərin adı 
Name of Documents Nömrəsi  Number Verilmə tarixi Date of issue Kim tərəfindən  verilmişdir 
Issuing authority
8.1. Pasport və ya şəxsiyyət vəsiqəsi
Passport or identification card
   
8.2. Tibbi arayış
Health Certificate
   
8.3. Lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin sənədləri Documents of person become a citizen of the  Republic of Azerbaican, if necessary
   
9. Vəsatətdə dənizçi haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd: Note on compliance of the information presented in the application about seafarer with the documents submitted
 10. Dənizçinin zahiri görkəminin təqdim olunmuş  fotoşəkilə uyğunluğu haqqında qeyd: 
Note on similarity between appearance of the seafarer and the photo presented

11. Məlumatları yoxlamış məsul işçinin:
Executive official

11.1. Soyadı, Adı, atasının adı
Surname, name, patronymic 
 11.2. Vəzifəsi
Position 11.3. Şəxsin imzası
Signature

B) Dənizçinin şəxsiyyət sənədinin ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:
Note with regard to issuing Seafarers`Identity Document to the applicant

12. Sənədin verildiyi tarix
Date of issue 13. Sənədin alınması ilə əlaqədar onun sahibinin şəxsi imzası  Signature of the applicant
 

14. Xüsusi qeydlər:
Special remarks:


“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”yə
2 nömrəli əlavə

 


Dənizçinin Şəxsiyyət Sənədinin verilməsi haqqında
ƏRİZƏ-ANKET


APPLICATION
on issuing Seafarers` Identity Document

 

I. Dənizçi və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:
Part fillied by the seafarer or his legal representative


Aşağıdakı məlumatları nəzərə alaraq dənizçinin şəxsiyyət sənədinin verilməsini xahiş edirəm  
In accordance with the following I hereby request to issue the Seafarers`Identity Document


1. Dənizçinin şəxsiyyət sənədi sahibinin:
Holder of the Seafarers`Identity Document:

1.1. Soyadı (Habelə əvvəlki soyadı) Surname (as well as previous surname)

  1.2. Adı
Name 1.3. Atasının adı Patronymic
1.4. Doğulduğu yer
Place of birth
 1.5. Doğulduğu tarix (gün, ay, il)
Date of birth (day, month, year)
  1.6. Cinsi
Sex 
1.7. Qan qrupu
Blood group 
 1.8. Səciyyəvi əlamətləri
Distinctive marks
1.9. Yaşayış yeri
Place of residence

1.10. Şəxsin imzası    
Signature


2. Ərizə dənizçinin qanuni nümayəndəsi tərəfindən verilərsə onun:
In case of the application was submitted by the legal representative, his

2.1. Soyadı
Surname

 2.2. Adı
Name 2.3. Atasının adı Patronymic   2.4. Yaşayığı yer
Place of residence
3. Ərizəçinin xüsusi qeydi
Special note of the applicant 
 4. Ərizəçinin imzası Signature of the applicant 5. Tarix
Date

 

II. Dənizçinin şəxsiyyət sənədini verən dövlət orqanı tərəfindən doldurulan hissə:
Part filled by the authority issuing the Seafarers` Identity Document
___________________________________________________________________

a) Dənizçinin şəxsiyyət sənədini verən dövlət orqanının məsul əməkdaşı tərəfindən dənizçinin və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:
Note made by the official of the authority issuing the Seafarers` Identity Document with regard to the application submitted by the seafarer or his legal representative

6. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
Date of acceptance and registration number of the application 
 
7. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
The following documents were checked during the examination:

Sənədlərin adı
Name of Documents
  Nömrəsi  Number Verilmə tarixi Date of issue Kim tərəfindən verilmişdir  Issuing authority
7.1. Pasport və ya şəxsiyyət vəsiqəsi
Passport or identification card
   
7.2. Sağlamlıq haqqında arayış
Health Certificate
   
7.3. Lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd
Power of attorny of the legal representative, if necessary
     
7.4. Lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin sənədləri
Documents of person become a citizen of the Republic of Azerbaijan, if necessary
   

8. Dənizçi haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:
Note on compliance of the information presented in the application about seafarer with the documents submitted
 9. Dənizçinin zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:
Note on similarity between appearance of the seafarer and the photo presented

10. Məlumatları yoxlamış məsul işçi
Executive official

10.1. Soyadı, Adı, atasının adı
Surname, name, patronymic
 10.2. Vəzifəsi
Position 10.3. Şəxsin imzası Signature 10.4 Möhür
Stamp

b) Dənizçinin şəxsiyyət sənədinin ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:
Notes with regard to issuing the Seafarers`Identity Document to the applicant

11. Sənədin verildiyi tarix
Date of issue
 12. Ərizəçinin şəxsi imzası 
Signature of the applicant

13. Xüsusi qeydlər:
Special remarks:
Azərbaycan Respublikasının
2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir


Dənizçinin şəxsiyyət sənədinin
spesifikasiyası


Dənizçinin şəxsiyyət sənədi yüksək keyfiyyətli, şəffaf plastik örtük (laminat) arasında yerləşdirilmiş və beynəlxalq standartlara uyğun dənizçinin şəxsiyyət sənədinin istehsalında istifadə olunan plastik adlanan materialdan ibarətdir.
Plastik çap üçün əlverişli olan sintetik, donuq, yüksək temperatura və kimyəvi maddələrin təsirinə müqavimətli, rütubətə davamlı, fototəsvirin keyfiyyətini yüksəltməklə yanaşı, onun saxtalaşdırılmasının qarşısını almaq xassəsinə malikdir.
Dənizçinin şəxsiyyət sənədi şəffaf plastikdən istifadə olunmaqla, isti sıxma üsulu ilə hazırlanır.
Dənizçinin şəxsiyyət sənədinin qalınlığı 0,76 mm-dir. Künclər 3 mm radius boyunca əyilmişdir. Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO 9303) tələblərinə uyğundur.
Optik nəzarət oxunuşu maşınında oxuna bilmək üçün dənizçinin şəxsiyyət sənədinin səthi hamardır.
Dənizçinin şəxsiyyət sənədinin ön hissəsinin altı boyunca maşında oxuna bilən iki zolaqlı Optik Nəzarət Oxusu hissəsi vardır.
Xüsusi mühafizə dərəcələri olan bu sənəd müasir texniki imkanlar vasitəsi ilə saxtalaşdırıla, yaxud surətçıxarma üsulu ilə hazırlana bilməz.

 

Azərbaycan Respublikasının
2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

Dənizçinin şəxsiyyət sənədinin təsviri


Dənizçinin şəxsiyyət sənədi 85.6x54 mm ölçülüdür, Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303-cü sənədinə uyğundur.
Dənizçinin şəxsiyyət sənədinin üz tərəfinin yuxarı sağ küncündə Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsviri verilmiş, sol tərəfdə soldan sağa “AZƏRBAYCAN RESPUBLİKASI”, altında “REPUBLIC OF AZERBAIJAN” və onun sağında “Dənizçinin şəxsiyyət sənədi”, altında “SEAFARERS’ IDENTITY DOCUMENT” sözləri yazılmışdır. Alt sətirdə “This document is a seafarers’ identity document for the purpose of the Seafarers' Identity Documents Convention (Revised), 2003, of the International Labour Organization. This document is a stand-alone document and not a passport.” sözləri yazılmışdır.
Dənizçinin şəxsiyyət sənədində:
Azərbaycan Respublikasının kodu, sənədin tipi, onun seriyası və nömrəsi yazılmışdır;
dənizçinin şəxsiyyət sənədinin üz tərəfində 3x4 sm ölçülərində fotoşəkil üçün yer qoyulmuşdur;
ortada “Soyadı/Surname”, “Adı, Atasının adı”/ “Given name, patronymic”, “Vətəndaşlığı/Nationality”, “Cinsi/Sex”, “(FİN)/PIN”, “Doğulduğu tarix/Date of birth”, “Doğulduğu yer/ Place of birth”, “Verilmə tarixi/Date of issue”, “Verildiyi yer/Place of issue”, “Etibarlıdır/Date of expiry”, “Sahibinin imzası”/”Holder` signature”, “Səciyyəvi əlamətləri/Distinctive marks”, “Möhür”/”Stamp” sözləri yazılmışdır;
dənizçinin şəxsiyyət sənədinin arxa tərəfində biometrik məlumatlar və maşınla oxuna bilən məlumatlar zonası üçün yer ayrılmışdır “AZ - STATE MARITIME ADMINISTRATION”, “Ünvan / Address, “Telefon / Phone”, “Faks / Fax”, “E-mail”, “URL” göstərilmişdir.
Dənizçinin şəxsiyyət sənədi üzərindəki yazılar Azərbaycan və ingilis dillərindədir.

Dənizçinin şəxsiyyət sənədinin nümunəsi(üz tərəfi)

AZƏRBAYCAN RESPUBLİKASI         DƏNİZÇİNİN  SƏXSİYYƏT  SƏNƏDİ
REPUBLIC OF AZERBAIJAN             SEAFARERS’  IDENTITY DOCUMENT

This document  is a seafarers’ identity document for the purpose of the  Seafarers' Identity Documents Convention
(Revised¸,  2003, of the International Labour Organization. This document is a stand-alone document and not a passport.
 
Tip / Type: Ölkənin kodu / Code of state  No: 000000

Soyadı / Surname 

Adı, atasının adı / Given name, patronymic

Vətəndaşlığı / Nationality  Cinsi/Sex FİN/PİN

Doğulduğu tarix / Date of birth

Doğulduğu yer / Place of birth

Verilmə tarixi / Date of issue Etibarlıdır/Date of expiry

Sahibinin imzası   Veriliyi yer / Place of issue Möhür / Stamp
   Holder’s signature
 Səciyyəvi əlamətləri / Distinctive marks

Dənizçinin şəxsiyyət sənədinin nümunəsi
(arxa tərəfi)

 

AZ - STATE MARITIME ADMINISTRATION
Ünvan / Authority address              Telefon / Phone:        Faks / Fax:

E-mail:                                    URL:


ISAZE0000008<<<<<<<<<<<<<<<<<<
5809236M1210185AZE<<<<<<<<<<<5
ABDULLAYEV<<

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU