Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        


Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ
Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No–18, maddə 243; 1995-ci il, No–14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–5, maddə 385, No–6, maddə 493; 1998-ci il, No–2, maddələr 70, 72; 2000-ci il, No–12, maddə 835; 2001-ci il, No–3, maddə 143, No–6, maddə 378, No–11, maddə 674; 2002-ci il, No–1, maddə 4, No–8, maddə 463; 2004-cü il, No–7, maddə 505; 2005-ci il, No–3, maddə 152, No–10, maddə 874; 2006-cı il, No–1, maddə 3, No–2, maddə 64, No–3, maddə 319; No–11, maddə 933, No–12, maddələr 1017 və 1029) 2-ci maddəsinin ikinci hissəsində “Dənizçi pasportu haqqında” sözləri “Dənizçinin şəxsiyyət sənədi haqqında” sözləri ilə əvəz edilsin.

II. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 12, maddə 740; 2002-ci il, No– 12, maddə 706; 2003-cü il, No– 1, maddə 23, No– 8, maddə 428, No– 12, (I kitab), maddələr 676, 698; 2005-ci il, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No– 12, maddə 1083; 2006-cı il, No– 3, maddələr 223, 225, No– 6, maddə 481, No–12, maddələr 1015, 1029; 2007-ci il, No– 2, maddə 80) 12.7-ci maddəsində “Dənizçi pasportunun” sözləri “Dənizçinin şəxsiyyət sənədinin” sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No–4, maddə 315) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci bənddən “dənizçi pasportu” sözləri çıxarılsın;
2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnaməyə Əlavə No–3-də “Azərbaycan Respublikasının vətəndaşına Azərbaycan Respublikasına qayıdış şəhadətnamənin verilməsi haqqında Ərizə-Anket”dən 4.1.4-cü bənd çıxarılsın.

IV. “Dənizçi kitabçası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 12 may tarixli 1037 nömrəli qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No–14, maddə 239; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–7, maddə 505) və “Dənizçi kitabçası” nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası-nın Qanunvericilik Toplusu, 1997-ci il, No– 1, maddə 21) qüvvədən düşmüş hesab edilsin.

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2008-ci il
No– 542-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU