Əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında
Əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12 maddə 973; 2005-ci il, No– 1 maddələr 5, 6, No– 2 maddə 61, No– 4 maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No– 12, maddələr 1083, 1085; 2006-cı il, No– 2, maddələr 64, 68; No– 3, maddələr 219, 220, 223, 225, No– 5, maddə 385, No– 6, maddə 478, No– 11, maddələr 923, 924, 932, No– 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68, No– 5, maddələr 397, 398, 401, 440, No– 6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757; Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 421-IIIQD, 422-IIIQD nömrəli, 19 oktyabr tarixli 455-IIIQD nömrəli, 6 noyabr tarixli 478-IIIQD və 481-IIIQD nömrəli, 7 dekabr tarixli 508-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 61-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir”;
2. 62-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz iyirmi mislinədək miqdarda cərimə edilir.”;
3. 63-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 63. Zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxma mənbəyinin gizlədilməsi
63.1. Zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərlə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə-
şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.
63.2. HİV-lə yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub HİV-lə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə-
şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən dörd yüz mislinədək miqdarda cərimə edilir.”;
4. 64.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək miqdarda cərimə edilir.”;
5. 64.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək miqdarda cərimə edilir.”;
6. 65-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.”;
7. 65-1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə edilir.”;
8. 66-cı maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilir.”;
9. 67-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən yetmiş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən altı yüz mislinədək miqdarda cərimə edilir.”;
10. 68.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən dörd yüz mislinədək miqdarda cərimə edilir.”;
11. 68.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən dörd yüz mislinədək miqdarda cərimə edilir.”;
12. 68-1-ci maddənin sanksiyasında “on beş mislindən iyirmi beş mislinədək” sözləri “üç yüz mislindən dörd yüz mislinədək” sözləri ilə əvəz edilsin;
13. 68-2-ci maddə çıxarılsın;
14. 68-3-cü maddənin sanksiyasında “on mislindən on beş mislinədək” sözləri “yüz mislindən iki yüz mislinədək” sözləri ilə əvəz edilsin;
15. 103.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək miqdarda cərimə edilir.”;
16. 103.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək miqdarda cərimə edilir.”;
17. 230.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.”;
18. 230.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək miqdarda cərimə edilir.”;
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2008-ci il
No– 545-IIIQD
Fayl şəklində yüklə

