Azərbaycan Respublikasının Samux rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında
Azərbaycan Respublikasının Samux rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının Samux rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilsin:
Əliuşağı inzibati ərazi dairəsi tərkibindəki Əliuşağı kəndi Alıuşağı kəndi adlandırılsın, Əliuşağı kənd inzibati ərazi dairəsi Alıuşağı kənd inzibati ərazi dairəsi hesab edilsin.
Seyidlər kənd inzibati ərazi dairəsi tərkibindəki Hadılı kəndi Qədili kəndi adlandırılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2007-ci il
No– 514-IIIQ
Fayl şəklində yüklə

